Havanın temperaturu 32 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 32 dərəcəyə qədər artacaq

13:41 - 07 / 05 / 2019
Havanın temperaturu 32 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti may ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz  26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.   

 Azərbaycanın rayonlarında mayın 8-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz  27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə  isti təşkil edəcək. 

1news.az

Paylaş:
392

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər