Bakıda ada qiymətinə iki otaqlı ev satılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ada qiymətinə iki otaqlı ev satılır – FOTO

11:24 - 08 / 05 / 2019
Bakıda ada qiymətinə iki otaqlı ev satılır – FOTO

Bakıda 3 100 000 AZN qiymətinə iki otaqlı mənzil satılır.

Bu barədə elan bina.az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşən 2 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, "Xətai" metrostansiyasının yanında yerləşən evin ümumi sahəsi  95 kvadratmetr təşkil edir. Bu mənzilə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 3 100 000 manat ödəməli olacaq.

Hesablamaya görə mənizlin 1  kvadratmetri 32 600 AZN başa gəlir.

Qeyd edək ki, bu qiymətdən bir qədər baha Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Buta.media

S.Xankişiyeva

 

Paylaş:
1308

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər