Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət yaradılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət yaradılıb – FOTO

16:52 - 10 / 05 / 2019
Bakı avtovağzalında sərnişinlər üçün yeni xidmət yaradılıb – FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

BBAK-dan 1news.az-a verilən məlumata görə, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər.

Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib.

BBAK Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamalarını xahiş edir: "Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq!"

S.Xankişiyeva

Paylaş:
559

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər