Məşhur rəssamın əsəri rekord qiymətə satıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

16:28 - 16 / 05 / 2019
Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

Fransalı impressionist rəssam Klod Monenin "Taya" adlı əsəri Nyu-Yorkun "Sotbi" hərrac evində rekord qiymətə - 110,7 milyon dollara satılıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bu rəsm sənətkarın həmin silsilədən olan "Quru ot tayası" adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında "Kristiz" hərrac evində 81,4 milyon dollara "çəkic altı"na gəlmişdi.

Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdüdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.

1news.az

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər