Opel İnsignia 2019 – artıq Azərbaycanda – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Opel İnsignia 2019 – artıq Azərbaycanda – FOTO – VİDEO

09:15 - 20 / 05 / 2019
Opel İnsignia 2019 – artıq Azərbaycanda – FOTO – VİDEO

Cahan Motors şirkəti Opel brendinə məxsus yeni İnsignia modelini bazara təqdim edib.

Qeyd edək ki, budəfəki model Opelin 120 illiyinə həsr edilərək “120 Years Edition” Opel İnsignia olaraq adlandırılıb.

İstehsalçılar “Almaniyada yarandı, hamımız üçün istehsal edildi” deyərək, Opel sürücülərinə təşəkkürünü bildiriblər. Məhz bu səbəbdən “120 Years Edition Opel İnsignia” yarandı.

Sözügedən model bütün dünyada kifayət qədər böyük maraqla qarşılanıb. Buna səbəb avtomobilin interyerində funksionallıq və rahatlıq baxımından edilən əlavələrlə yanaşı, köpəkbalığından ilhamlanmış xüsusi eksteryer dizayn olub. Təsadüfi deyil ki, avtomobilin ön görünüşü və yan qapılarda mövcud olan cizgilər köpəkbalığının yırtıcı və nəhəng görünüşünü təcəssüm etdirir.

Sükana ilk toxunuşdan hiss edilən cazibəsi avtomobilin təchizatında ən xırda detallara diqqət yetirildiyinin xəbərçisidir. Oturacaqların dizayn və təchizatı sürücü və sərnişinlərin avtomobildən zövq almasını təmin edir. Ümumilikdə isə interyerin quruluşu və lazımı alətlərin panellərdə müvafiq düzülüşü müasirliyi və innovativliyi aşılamaqla yanaşı, sürücünün idarə etmə zamanı özünə güvənini artırır.

Salonda qurulmuş Apple və Android Car Play sistemli monitor səyahətinizi daha rəngli və zövqlü etməklə yanaşı, ətrafa nəzarət monitoru funksiyasını da yerinə yetirir.

Yenilənmiş Opel İnsignia modeli aktiv təhlükəsizlik sistemləri kompleksinə sahib olub. Kompleksin tərkibinə avtomatik əyləcləmə funksiyası olan öndən qəzaları xəbərdar edən sistem (bu sistem vasitəsilə qarşıda olan avtomobilə və ya piyadaya yaxınlaşdıqda avtomobil özü özünü dayandırır) , hərəkət zolağına nəzarət funksiyası, yol nişanları haqqında məlumatvermə, arxa görüntü kamerası, ön və arxa park radarlar, kor zonalara nəzarət sistemləri daxildir. Bütün bunlardan əlavə bu modeldə sinifinin ən yaxşısı sayılan “İntellilux Led Matrix” faraları da mövcuddur ki, bu da avtomobilə daha müasir və cəzbedici görünüş bəxş edir.

Alman mühəndisləri yanacaq sərfiyyatını azaldmaqla bərabər, daha kiçik motorlardan daha yüksək güc və qüvvə momenti səviyyələri istehsal etməyi mümkün hala gətirmişdir. Bunun ən yaxşı nümunəsi Opel mühərrikləridir. Belə ki, İnsignia modeli 1.5 sm3 həcmli turbo mühərriklə, 165 at gücünə sahibdir. Bu isə öz sinifində ən çox at gücünə sahib olmaq iddiasını əks etdirir.

İnsignia-nı kimlər sürə bilər?

“Mükəmməlliyin 120 illiyi” zərif və atletik görünüşü ilə bütün avtomobil həvəskarlarının diqqət mərkəzində olacağı şübhə doğurmur. Cəlbedici,  innovativ və daha təhlükəsiz olan İnsignia-nın potensial müştǝriləri uğurlu iş adamları, avtomobili sürücüsü tərəfindən idarə edilməsini sevənlər, gənc menecerlər, CEO-lar, gənc ailələr və son trendləri təqib edən gənclərdir.

Yeni İnsignia təqdim etdiyi rahatlıqla sizə tamamilə başqa bir dünya vəd edir. Ölkəmizdə bu modeli səbrsizliklə gözləyənlər bu gündən etibarən Babək prospekti 21/99 ünvanında yerləşən Opel Bakı mərkəzinə yaxınlaşa bilərlər. Avtomobil ilə yaxından tanış olmaq istəyənlər üçün sınaq yürüşü keçirmək imkanı da yaradılmışdır. Böyük ehtimalla siz bu avtomobilə aşiq olacaqsınız və nəyin bahasına olursa-olsun ona sahib olmaq istəyəcəksiniz.

Şirkətin Marketing Meneceri Rövşən Mehdiyevdən aldığımız məlumata əsasən “120 Years Edition İnsignia” modeli iki variantda -  46 000 manata və 49 000 manata təqdim olunur. Şirkət rəsmisinin sözlərinə əsasən bu model biznes klass seqmentində ən yaxın gələcəkdə öz layiqli yerini tutacaq.

Əlavə məlumat üçün +994 55 258 55 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Reklam hüququnda

 

 

 

 

 

 

 

 

Paylaş:
7039

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər