Ramazanın on beşinci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının on beşinci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:37-də, iftar isə saat 20:10-dadır.
Ramazan ayının on beşinci gününün duası:
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin”.
Tərcüməsi:
“İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi yəvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
530