Ramazanın on yeddinci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının on yeddinci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:34-də, iftar isə saat 20:12-dədir.
Ramazan ayının on yeddinci gününün duası:
“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin”.
Tərcüməsi:
“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdukləri barədə izaha və suala ehtiyacı oolmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş et!”
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva