Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçiriləcək

13:37 - 28 / 05 / 2019
Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçiriləcək

İyunun 8-də gənc rəssam Pakizə Əliyevanın “Ətrafımdakı dünya” adlı sərgisi keçriləcək.

1news.az xəbər verir ki, Pakizə Əliyeva uşaq yaşlarından rəssamlıqla məşğul olur və 20 yaşında artıq öz daxili dünyasını inanılmaz dəqiqliklə əks etdirən parlaq əsərlərdən ibarət kolleksiya yarada bilib.

Onun qeyri-adi rəsmləri sənət sevərləri sirlərlə dolu sürrealist dünyaya aparır. Pakizənin rəssam Diləfruz Bağırova ilə birlikdə il boyu hazırlaşdığı "Ətrafımdakı dünya" adlı sərgisinə hər kəs dəvətlidir.

Qeyd edək ki, sərgi 8 iyun saat 18: 00-da Ağ Şəhərdə, Nobel prospekti, Xəqani Rüstəmov 23, Yaşıl Ada 1. Ünvanında keçiriləcək.

Giriş sərbəstdir.

1news.az

 

 

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər