Sabah Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək

15:48 - 28 / 05 / 2019
Sabah Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək

Bakıda 29 may tarixində müvəqqəti olaraq bəzi marşrut xətlərinin hərəkət istiqaməti və son dayanacaq məntəqəsi dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, ümumilikdə 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək.

Belə ki, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.

Bundan əlavə, 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər