Fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

274 nəfər şagird Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna biləcəklər.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, respublika və beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev deyib.
Onun dözlərinə görə, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 274 nəfər qalib elan olunub.
“Onların 127 nəfəri bölgələrin payına düşür. Beynəlxalq olimpiada qalibləri beş, respublika olimpiadası qalibləri isə iki il ərzində ali məktəblərə müsabiqədənkənar müraciət etmək imkanına sahibdirlər”- deyə, F.Qarayev qeyd edib.
P.Sultanova
552