MAXI.AZ-da xüsusi bayram – FOTO – VİDEO
MAXİ.AZ dükanlar şəbəkəsi Respublika Gününə həsr olunmuş gözəl bayram keçirib.
MAXİ.AZ dükanlar şəbəkəsi “Birgə və sağlam” İctimai Birliyi ilə birlikdə heç kimi laqeyd saxlamayan yaradıcı aksiya keçirib. İki həftə ərzində 20 nəfərdən çox xüsusi inkişafı olan uşaqlar Respublika Gününə həsr olunmuş “Müstəqil Azərbaycan fərqli uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak ediblər.
28 may tarixində Gənclik Mall ticarət mərkəzində yerləşən MAXİ.AZ dükanında müsabiqənin finalı baş tutub. Dükanı ziyarət edən bütün qonaqlar xüsusi stend üzərində olan rəsmlərə heyran olmuşdular. Rəngarəng, parlaq rəsm işlərinə baxarkən dərin məna, həyata və Vətənimizə sevgi hiss olunurdu. Müsabiqədə iştirak edən uşaqların heç biri hədiyyəsiz qalmadı. Qalib gələn üç uşaq: “Yaradıcı yanaşma və orijinallıq” nominasiyasının qalibi Xələfli Şamxal, “Parlaq rənglər və maraqlı texniki həll” nominasiyasının qalibi Quliyev Məhəmməd və “Rəsmin sərbəst ifadəsi” nominasiyasının qalibi Eynallı Həmzə xüsusi mükafat sahibi oldular - hər qalibə hədiyyə olaraq planşet təqdim edildi. Qalan uşaqlara isə təşviq mükafatı olaraq qulaqcıqlar təqdim edildi. Həmçinin, sehrbazın çıxışı, şarlar, musiqi müşahidəsi və müxtəlif təamlar uşaqları sevindirdi. Bayramın xüsusi məqamı isə hamı üçün sürpriz olan flashmob oldu. Gözlənilmədən, dükanın alıcılarından biri gözəl və professional səslə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxumağa başladı. Daha iki alıcı onu dəstəkləyib oxudular. Bu trio izləyicilərin gürultulu alqışları altında Azərbaycan haqqında daha bir neçə gözəl mahnı ifa etdi. Sonra məlum olduğuna görə, bu, sənətkar müğənnilərin iştirakı ilə əvvəlcədən hazırlanmış bir flashmob idi. Mağazanın bütün qonaqları böyük zövq aldılar və hətta bəziləri müğənnilərlə birlikdə oxumağa çalışdılar.
Aksiyanın ən gözəl nəticəsi isə bu gözəl tədbirin əsl iştirakçıları olan uşaqların təbəssümləri idi.
Onu da qeyd edək ki, dükanın qonaqları içərisində tədbiri sosial şəbəkələrdə ətraflı şəkildə təsvir edən və iştirak edən uşaqlara dəstək olan bir neçə bloger də var idi.
MAXİ.AZ dükanlar şəbəkəsi bu cür sosial layihələri davam etdirməyi planlaşdırır.
Reklam hüququnda