Peru səfirliyi rəsm müsabiqəsi keçirir

Perunun müstəqilliyinin 200-ci ildönümünə hazırlıq məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyi 6-7 yaşlı uşaqlar arasında bir sıra rəsm müsabiqələrinin keçirilməsinə başlayıb.
1news.az səfirliyə istinadla xəbər verir ki, bütün rəsm əsərləri 2021-ci ildə kitab şəklində dərc ediləcək.
İkinci müsabiqə "İncəsənət Gimnaziyası"nda keçirilib. Müsabiqədə 28 nəfər şagird iştirak edib. Onlara verilən iki ay müddətində müstəqil şəkildə seçdikləri üsulla işləyiblər.
Səfirlik tərəfindən təqdim olunan internet səhifələri şagirdlərə Peru haqqında ətraflı məlumat toplamağa kömək edib.
İlk müsabiqənin qaliblərinə diplomlar, Peruya məxsus qələm qabları, səfir tərəfindən imzalanmış fərdi məktublar və 4 velosiped hədiyyə olunub.
Cari il ərzində keçiriləcək müsabiqələrin əsas məqsədi Azərbaycan və Perunu yaxınlaşdıran bilik axtarışında uşaqları və valideynlərini cəlb etməklə, Peru haqqında olan bilikləri burada təbliğ etməkdir. Müsabiqədə azərbaycanlı - perulu münsiflər heyəti tərəfindən bədii bacarıq və araşdırma qabilliyyəti dəyərləndirilərək qalib seçilir.
P.S.