Bakıda Mahatma Qandinin 150-ci ildönümünə həsr olunmuş veloyürüş - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Mahatma Qandinin 150-ci ildönümünə həsr olunmuş veloyürüş - FOTO

16:09 - 03 / 06 / 2019
Bakıda Mahatma Qandinin 150-ci ildönümünə həsr olunmuş veloyürüş - FOTO

Hindistanda azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi olan Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü 2018-ci il oktyabrın 2-dən 2019-cu il oktyabrın 2-dək dünyanın hər yerində qeyd olunur.

1news.az xəbər verir ki, davam edən tədbirlər çərçivəsində Hindistanın Bakıdakı səfirliyinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Bakı Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində bu gün Ümumdünya Velosiped Günü münasibətilə veloyürüş təşkil edilib.

Veloyürüş Bakının tarixi məkanı hesab olunan  İçərişəhər Qoşa Qala qapılarından Bakı Dənizkənarı Bulvarına kimi davam edib.

Tədbirdə çıxış edən Hindistan səfiri cənab B. Vanlalvawna velosipedin şəhər mobilliyi üçün daimi bir nəqliyyat vasitəsi olduğu və eyni zamanda ətraf mühitin qorunması üçün bizə necə kömək etdiyini xatırladıb.

Səfir B.Vanlalvawna və Milli Məclisin üzvü Rüfət Quliyev tərəfindən tədbirə start verilib. Veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının velosipedçiləri ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri, tələbələr, iş adamları, cəmiyyətin müxtəlif nümayəndələrinin də daxil olmaqla 75-dən çox velosipedçi iştirak etdi.

Davam edən tədbirlərin bir hissəsi olaraq, Hindistan səfirliyi həmçinin, 5 iyun 2019-cu il tarixində Salyan şosesində yerləşən Dostluq parkında 150 ağacın əkilməsi planlaşdırılan ağacəkmə aksiyasını təşkil edir.

P.Sultanova

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər