Rəsədxana Azərbaycanda ayın görünməsilə bağlı açıqlama verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəsədxana Azərbaycanda ayın görünməsilə bağlı açıqlama verib

12:35 - 04 / 06 / 2019
Rəsədxana Azərbaycanda ayın görünməsilə bağlı açıqlama verib

Yeni ay  03 iyun 2019 -cu il tarixdə 14:03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Şamaxı Astrofizika Rəsədxanasına edilən çoxsaylı zəng və sorğulara cavab olaraq bildirilib:

“Təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə  14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı 04 iyun tarixində (axşam saatlarında 20:20 / 21:06 ərəfəsində) gözlə görünəcəkdir”.

S.Xankişiyeva

 

 

 

 

 

 

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər