Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı

13:50 - 06 / 06 / 2019
Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapıldı

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hazırda uşağın səhhəti qaydasındadır.

Xatırladaq ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb. 

Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı:

Bakıda 3 yaşlı qız itkin düşüb

1news.az

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər