Bakının bir hissəsinə içməli su fasilələrlə veriləcək

Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7-8 iyun tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
508