AZAL Bakıdan Dehliyə aviareyslərinin sayını artıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakıdan Dehliyə aviareyslərinin sayını artıracaq

10:59 - 11 / 06 / 2019
AZAL Bakıdan Dehliyə aviareyslərinin sayını artıracaq

Xəbər verdiyimiz kimi, AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. 

Mövzu ilə bağlı:

Bakı-Dehli birbaşa uçuşları başlayır - TARİX

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər