"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

16:30 - 13 / 06 / 2019
"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

“Unibank”ın  “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib.

Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında 2 nəfərlik 6 gecə/7 gün, 5 ulduzlu otel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir Unibankın müştərisidir:

“5 ildən çoxdur ki, "Unibank" kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini  qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz,  çox böyük sürpriz oldu. Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a təşəkkürümü bildirərəm”.

Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir: “Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu, mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki, “Unibank”ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq”.

Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan "Unibank" müştərilərindən biridir: “Uzun illərdir "Unibank" müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan, çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. "Unibank" müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir”.

“Unibank”ın  “Bahar lotereyası”nın ümumilikdə 100 qalibi olub. 10 min manatlıq uduş fondu olan lotereyada martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilər iştirak edib. Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi ilə keçirilib.

Lotereyanın ikinci (sonuncu) tirajının qaliblərinin siyahısı unibank.az saytında https://www.unibank.az/az/news/retail/486/_unibank_kb_bahar_lotereyasi_nin_2_ci_tirajinin_qaliblerini_achiqladi yerləşdirilib.

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Reklam hüququnda

 

Paylaş:
520

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər