“Biznes Liqa” şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biznes Liqa” şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb - FOTO

16:51 - 13 / 06 / 2019
“Biznes Liqa” şirkətlərarası natiqlik yarışması uğurla yekunlaşıb - FOTO

“Azerbaijan Public Speaking Competition” (APSC) və ABŞ-ın “Natiqlər Assosiyasiyası”-nın tərəfdaşlığı ilə “Biznes Liqa” şirkətlərarası natiqlik yarışmasının qalibləri müəyyənləşib.

1news.az-ın məlumatına görə, APSC çərçivəsində iştirakçılar üçün peşəkar təlimçilər tərəfindən 6 master klass həyata keçirilib. Master klasslarda müxtəlif şirkətlərdən mütəxəssis və rəhbər vəzifəsində çalışan 50-yə yaxın nümayəndə iştirak edib.

Final mərhələsi Zirə Mədəniyyət Mərkəzi və Eko-parkında baş tutub. Final mərhələsində iştirakçılar ideya, təşəbbüs, layihə, şirkət və motivasiya xarakterli çıxışlar ediblər. Azərbaycan bölməsi üzrə “Aztelekom” şirkətinin nümayəndəsi Ayaz Mirzəzadə yarışmanın qalibi olaraq 2.000 AZN pul mükafatını qazanıb.

İngilis bölməsi üzrə isə Şəfəddin Bayramzadə yarışmanın qalibi olub. Şafəddin Bayramzadə 20-22 iyun tarixlərində Londonda baş tutacaq “Beynəlxalq Natiqlər Konfransı”nda iştirak edəcək.

1news.az

Paylaş:
1484

Son xəbərlər

Bütün xəbərlər