Bakıda jurnalistin qızı və arvadı intihar etdi

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
1news.az xəbər verir ki, ana və qız yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıblar.
İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən atıb.
Məlumata görə, intihar edənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin ailə üzvləridir. Rübabə Allahverdiyeva həyat yoldaşı, Xədicə Allahverdi isə qızıdır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq araşdırmaları gedir.
1news.az
790