Ülvi Mehdiyev: Bakı Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi tarixə düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ülvi Mehdiyev: Bakı Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi tarixə düşdü

13:44 - 24 / 06 / 2019
Ülvi Mehdiyev: Bakı Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi tarixə düşdü

Belə mötəbər tədbirin Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Çünki Bakı Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi tarixə düşdü.

1news.az xəbər verir ki, bu sözləri ASAN Xidmət-in rəhbəri Ülvi Mehdiyev Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində jurnalistlərə a deyib.

O, bildirib ki, forum zamanı dövlət xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı nə kimi işlər görüləcəyi barədə qərar qəbul olunacaq.

"Forumu Azərbaycan üçün əhəmiyyətli edən hadisələr olacaq. Bunlardan biri Beynəlxalq ASAN Asossiasiyasının təsis olunmasıdır. Bu, bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi ASAN Xidmət modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır".

O deyib ki, Azərbaycan dövləti BMT tərəfindən xüsusi mükafata layiq görüldü. Mükafatın əsas təyinati odur ki, Azərbaycan ASAN Xidmət modeli ilə dövlət xidmətləri sahəsində ciddi bir islahata imza atdı.

“Artıq ASAN Xidmətin ikinci mərhələsi bu ildən fəaliyyətə başlayıb. Söhbət Mygov elektron hökumət konseptindən gedir. Bu konsept vasitəsilə reaktiv xidmətlərdən preaktiv xidmətlərə keçid edəcəyik. Hansı ki bu konsept BMT ekspertləri tərəfindən qiymətləndirilib".

Pərvanə Sultanova

Paylaş:
987

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər