Meteoroloqlardan isti hava xəbərdarlığı | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan isti hava xəbərdarlığı

13:56 - 27 / 06 / 2019
Meteoroloqlardan isti hava xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında  gecə 20-24, gündüz  33-38,Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək,nisbi rütubət  gecə 60-70, gündüz 30-35 faiz olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı bildirilib ki, Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 28-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək,lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, dağlarda gecə 13-18,  gündüz  23-28 dərəcə  isti təşkil edəcək

Tibbi-meteoroloji proqnoza görə, iyunun 28-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günün bəzi saatlarında durğun hava şəraiti və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

1news.az

Paylaş:
233

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər