“Baku Electronics” Şəkidə – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Electronics” Şəkidə – FOTO

11:00 - 01 / 07 / 2019
“Baku Electronics” Şəkidə – FOTO

Ölkəmizin elektronika və məişət avadanlıqları üzrə satış liderlərindən olan “Baku Electronics” Şəkidə yeni mağazasını açıb.

Şəki şəhəri, Sabit Rəhman küç. 27-də yerləşən mağaza ən son texnoloji və məişət avadanlıqlarının satışını həyata keçirəcək. Azərbaycanın sayca 8-ci ən böyük şəhəri olan Şəkidə “Baku Electronics”in 16-cı mağazası sakinlərə xidmət göstərəcək.

Artıq yerli sakinlərin elektronik avadanlıqlara olan ehtiyaclarını ödəmək üçün paytaxt və digər şəhərlərə üz tutmaqlarına ehtiyac qalmayacaq. Ən son, innovativ bütün məhsullar onların şəhərinə gəlir. Bol çeşid, endirimlər, möhtəşəm kampaniyalar ilə yerli sakinlərə xidmət göstərəcək mağaza paytaxt mağazaları ilə eyni üstünlükləri alıcılara təqdim edir.

Yarandığı ilk gündən alıcıların etimadını qazanmış “Baku Electronics” hazırda 60-dan çox xarici brendin rəsmi distribütorudur. Ümumi 16 mağazadan 7-si Bakıda, digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir, Lənkəran və Şəkidə fəaliyyət göstərir.

Yaxın zamanlarda Mərdəkanda və digər bölgərdə yeni mağazaların açılışı gözlənilir.

www.bakuelectronics.az

www.facebook.com/pg/Baku.Electronics.MMC

https://www.instagram.com/baku.electronics.home/

https://www.instagram.com/baku.electronics.mmc/  

Reklam hüququnda

 

 

Paylaş:
3342

Son xəbərlər

Bütün xəbərlər