Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir

10:48 - 01 / 07 / 2019
Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir

Bu gün Bakıda Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.

1news.az xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrlik etdiyi sessiyada dünyanın 180-dan artıq ölkəsindən 2500 nəfərdən çox nümayəndə iştirak edir.

Əvvəlcə qurumun Dünya İrs Mərkəzinin direktoru Mextid Rossler təşkilati məsələlər barədə məlumat verib, sessiyanın gündəliyini elan edib. Daha sonra gündəlik təsdiqlənib.

Sessiyada çıxış edən UNESCO-nun 42-ci sessiyasının məruzəçisi Anna Zayner  təqdimatla çıxış edib. Bildirib ki, ötən il Bəhreyndə keçirilən sessiyada 225 qərar qəbul edilib: “Biz ən uzun qərarların rekordunu sındırdıq”.

Xanım Zayner əlavə edib ki, Dünya İrs siyahısında hazırda 1092 sahə var. Komitə, həmçinin münaqişələrə xüsusi vaxtın ayrılmasını tələb edib. O,  Azərbaycana sessiyanı qəbul etdiyinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Ardınca məruzəçinin hesabatı qəbul edilib.

Sessiya işini davam etdirir.

P.Sultanova

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər