Sabah Günəş tutulması baş verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Günəş tutulması baş verəcək

11:43 - 01 / 07 / 2019
Sabah Günəş tutulması baş verəcək

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından 1news.az-a verilən məlumata görə, təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

S.Xankişiyeva

 

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər