Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

14:19 - 03 / 07 / 2019
Qızılağac Milli Parkının ərazi bölgüsü müəyyənləşib

"Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" təsdiq edilib.

1news.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü" əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) - 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona - 4404,0 hektar;

3) turizm və rekreasiya zonası - 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona - 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfatistehsalat zonası - 22,0 hektar.

1news.az

Paylaş:
2845

Son xəbərlər

Bütün xəbərlər