“Azərenerji”: Ölkədə elektrik enerjisinə tələbat artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərenerji”: Ölkədə elektrik enerjisinə tələbat artıb

16:49 - 03 / 07 / 2019
“Azərenerji”: Ölkədə elektrik enerjisinə tələbat artıb

Bu ilin 6 ayında Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat çoxalıb. Ötən ilin birinci yarısı ilə müqayisədə istehsal və ixrac artıb.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən 1news.az-a bildirilib ki, ilin ilk yarısında ASC tərəfindən xarici dövlətlərə 648 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Bu da ötən ilin birinci yarısı ilə müqayisədə 24 milyon kilovat/saat çoxdur.

Ötən ilin birinci yarısı ilə müqayisədə elektrik enerjisinin istehsalı da artıb. Belə ki, bu ilin 6 ayında 11 milyard 544 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 521 milyon kilovat/saat çoxdur.

Ən əsası isə keçən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə elektrik enerjisinə tələbat 586 milyon kilovat/saat artıb. Ötən dövrdə yüzlərlə çoxmərtəbəli bina, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb.

“Azərişıq” ASC-nin məlumatına görə, əhalisinin sayı 10 milyon nəfəri keçən Azərbaycanda təkcə bu ilin birinci yarısında “ASAN xidmət” və elektron qaydada 12 mindən çox əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. Yarım ildə tələbatın bu səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini, ən əsası isə enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir.

Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən çox təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.

1news.az

Paylaş:
454

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər