Bakıda ərəblərin davası ilə bağlı RƏSMİ açıqlama – VİDEO – YENİLƏNİB

Bakıda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyava dava etməsi barədə yayılan video görüntülərlə bağlı rəsmi açıqlama verilib.
1news.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev “qafqazinfo”ya açıqlamasında hadisənin “Park Bulvar” Ticarət Mərkəzində baş verdiyini deyib.
"Ərəb turistlərin arasında anlaşılmazlıq olub və bu mübahisə ilə nəticələnib. Hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayımlanıb. Həmin davada Azərbaycan vətəndaşı iştirak etməyib.
Hazırda faktla bağlı 39-cu Polis Bölməsində araşdırma aparılır".
10:36
Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.
1news.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.
Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.
Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
Həmin videonu təqdim edirik:
1news.az