Azərbaycanda elektron pul kisəsi istifadəyə veriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda elektron pul kisəsi istifadəyə veriləcək

14:00 - 10 / 07 / 2019
Azərbaycanda elektron pul kisəsi istifadəyə veriləcək

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iki qurumu – "Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi (MHM) birlikdə "PostPay” elektron pul kisəsi layihəsinə imza atıb.

MHM-dan 1news.az-a verilən məlumata görə, artıq tərəflər arasında imzalanmış müqavilədə "PostPay” elektron ödəniş sisteminin, o cümlədən elektron pul kisəsinin hazırlanması, fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.

Geniş fəaliyyət istiqamətləri və böyük təcrübəyə malik bu iki qurumun bu layihəsi vətəndaşlara bir çox xidmətləri daha əlçatan edəcək.

"PostPay”in digər elektron pul kisələrindən əsas fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarından istifadəyə imkan yaratmasıdır. Vətəndaşlar kommunal, mobil və digər xidmət haqlarının ödənilməsi imkanından əlavə "PostPay” vasitəsilə heç yerə getmədən ucqar kəndlərə belə pul göndərmək imkanı əldə edəcəklər.

 “PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı təqdim ediləcək. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən "PostPay” istifadəçiləri tətbiqin "QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə biləcəklər.

İlk olaraq "PostPay” elektron pul kisəsi "Android” əməliyyat sistemi ilə çalışan qurğulara uyğunlaşdırılacaq. Yaxın gələcəkdə digər əməliyyat sistemləri ilə işləyən qurğu sahibləri "PostPay”dən faydalana biləcəklər.

S.Xankişiyeva

 

Paylaş:
974

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər