Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb

15:13 - 10 / 07 / 2019
Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxıb

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, həmin un məmulatının Bakıdakı “Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpikdir.

“Neptun”dan “Report”a bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir:

“Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", -  supermarketdən bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər