Təhsil Nazirliyi Şəkidə müəllimənin ölümü ilə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi Şəkidə müəllimənin ölümü ilə bağlı başsağlığı verib

10:32 - 16 / 07 / 2019
Təhsil Nazirliyi Şəkidə müəllimənin ölümü ilə bağlı başsağlığı verib

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

“Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib”, deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Şəkidə baş verən bədbəxt hadisə nəticəsində xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq dünən Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

1news.az

Paylaş:
1735

Son xəbərlər

Bütün xəbərlər