Əvvəl soydu, sonra 2 manat yolpulu verdi – BAKIDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvvəl soydu, sonra 2 manat yolpulu verdi – BAKIDA

11:02 - 16 / 07 / 2019
Əvvəl soydu, sonra 2 manat yolpulu verdi – BAKIDA

Bakı şəhər sakini Səid Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

22 yaşlı müttəhim Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirli bilinib.

Səid soyduğu adamdan cəmi 11 manat alıb. Maraqlıdır ki, təsirləndirilən şəxs İlkin Abdulayevin yolunu indi mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında kəsib. Onu qorxudaraq 11 manatını əlindən alıb. Sonradan Səidin İlkinə ürəyi yanıb, ona 2 manat yolpulu verib.

İlkin Abdullayev Səid Vəliyevin ilk qurbanı olmayıb. Təqsirləndirilən başqa şəxslərə qarşı da belə davranıb.

S.Xankişiyeva

 

Paylaş:
2712

Son xəbərlər

Bütün xəbərlər