Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi

14:32 - 24 / 07 / 2019
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi

Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər