İrana məxsus qəzaya uğrayan gəminin şəxsi heyəti xilas edilib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İrana məxsus qəzaya uğrayan gəminin şəxsi heyəti xilas edilib – YENİLƏNİB

16:40 - 26 / 07 / 2019
İrana məxsus qəzaya uğrayan gəminin şəxsi heyəti xilas edilib – YENİLƏNİB

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumat yayıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.

15.12

Saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dənzi Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumat yayıb.

Qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Xilasetmə əməliyyatları həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər