Hökməlidə 108 min yumurta məhv edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hökməlidə 108 min yumurta məhv edilib – FOTO

10:45 - 26 / 07 / 2019
Hökməlidə 108 min yumurta məhv edilib – FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan 1news.az-a verilən məlumata görə, monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.

Baxış keçirilərkən 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

S.Xankişiyeva

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər