MiQ-29 qırıcısının yayılan qəza videosu ilə bağlı RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

MiQ-29 qırıcısının yayılan qəza videosu ilə bağlı RƏSMİ AÇIQLAMA

11:13 - 26 / 07 / 2019
MiQ-29 qırıcısının yayılan qəza videosu ilə bağlı RƏSMİ AÇIQLAMA

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntü ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır:

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər