Həftənin son iş günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin son iş günü üçün hava proqnozu açıqlanıb

13:02 - 01 / 08 / 2019
Həftənin son iş günü üçün hava proqnozu açıqlanıb

Avqustun 2-də Bakıda və Abşeron yarımadasındahava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Avqustun 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

S.Xankişiyeva

 

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər