Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ

13:32 - 02 / 08 / 2019
Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Yalamadan Astaraya qədər olan sahil boyu monitorinqlər keçirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə,monitorinqlər nəticəsində götürülmüş bütün su nümunələrində mikrobioloji göstəricilər, bağırsaq çöpləri normadan dəfələrlə artıq olub.

Məlum olub ki, bütün istirahət və iaşə obyektləri tullantı sularını təmizləmədən Xəzər dənizinə axıdır. Bununla əlaqədar həmin obyektlərə xəbərdarlıq məktubları göndərilib.

Həmçinin, Nabran, Novxanı, Şıx, Sahil, Türkan, Hövsan çimərlikəri ərazisində də mikrobioloji göstəricilər normadan artıq müşahidə olunub. Zaqulba, Buzovna və təmizləyici qurğuların olduğu digər ərazilərdə isə mikrobioloji göstəricilər norma daxilində müşahidə edilib.

S.Xankişiyeva

 

Paylaş:
515

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər