Pantomima Teatrının sentyabr repertuarı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pantomima Teatrının sentyabr repertuarı açıqlanıb

16:57 - 02 / 08 / 2019
Pantomima Teatrının sentyabr repertuarı açıqlanıb

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 14-də açıq elan edəcək.

1news.az-ın məlumatına görə, sənət ocağının yaradıcı kollektivi gələn ay da maraqlı səhnə əsərləri ilə teatrsevərləri sevindirəcək.

Sənət ocağı bu dəfə mövsümə “Kişilər və qadınlar”la başlayacaq.

Bundan başqa, teatrda sentyabr ayı maraqlı tamaşalar göstəriləcək. Belə ki, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar”, 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

1news.az

Paylaş:
543

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər