Sentyabrın ilk hərracı: 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sentyabrın ilk hərracı: 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

17:26 - 05 / 08 / 2019
Sentyabrın ilk hərracı: 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac sentyabrın 3-də keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy şəhər və rayonlarında yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” dövlət müəssisələrinin 30 faiz ilə 45 faiz arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84,9 min kvadratmetr, tikili sahəsi isə 22,6 min kvadratmetrdir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.

Həmçinin Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri “VAZ”, “Qaz” və “Hyundai” markalarına aiddir.

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.

1news.az

Paylaş:
746

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər