BNA hava şəraitilə bağlı xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.
1news.az xəbər verir ki, BNA-nın açıqlamasında sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları xahiş edilib.
“Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.
Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”, BNA-nın xəbərdarlığında deyilir.
O da vurğulanıb ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib:
“Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.
1news.az