Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyinin sürəti barədə məlumat yayıb.
Departamentdən 1news.az-a bildiriblər ki, avqustun 5-i saat 20:00-a olan məlumata görə, küləyin sürəti Sumqayıtda 22, Maştağada 38, Qum adasında 33, Cilov adasında 24, “Neft daşları”nda 26 metr/saniyəyə bərabər olub. Xəzər dənizində dalğanın hündürlüyü 7,5 metrə çatıb.
Azərbaycanın bölgələrinə gəlincə, qərb küləyi Neftçalada saniyədə 33 metrədək güclənib.
1news.az
780