Bu rayonlarda qaz olmayacaq

Bu gün Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
Bu barədə 1news.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.
1news.az
795