Bakı metrosunda işıqlar söndü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda işıqlar söndü

14:11 - 20 / 08 / 2019
Bakı metrosunda işıqlar söndü

Metropolitenə gələn elektrik xətlərində gərginliyin düşməsi “Sahil” metro stansiyasının eskalatorları və işıqlanma sistemində əksini tapıb.

“Bakı Metropoliteni” QSC-dən 1news.az-a bildirilib ki, sərnişin təhlükəsizliyi tələblərinə ciddi əməl olunmaqla qısa müddət ərzində eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında xəsarət olmayıb.

Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.

S.Xankişiyeva

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər