İsveçdə azərbaycanlı faciəli şəkildə həlak olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçdə azərbaycanlı faciəli şəkildə həlak olub - FOTO

15:28 - 22 / 08 / 2019
İsveçdə azərbaycanlı faciəli şəkildə həlak olub - FOTO

Stokholmda yaşayan  azərbaycanlı gənc , İsveçin Lund şəhəri yaxınlığındakı E4 magistral yolunda faciəvi şəkildə həlak olub.

1news.az-ın məlumatına görə, evə qayıdan 28 yaşlı Rişard Məmmədli avtomobilin nasazlığı səbəbindən yolun kənarında dayanıb.

Bu zaman arxadan gələn bir yük maşını dayanmış avtomobili fərq etmədən sürətlə ona çırpılıb.

Onun tanışları mərhumun ailəsinə kömək etmək üçün pul yığırlar.

1news.az

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər