Mərkəzi Bank depozit hərracı keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank depozit hərracı keçirəcək

16:06 - 23 / 08 / 2019
Mərkəzi Bank depozit hərracı keçirəcək

Avqustun 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

1news.az  xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

1news.az 

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər