İstirahət günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günü üçün hava proqnozu açıqlanıb

13:00 - 23 / 08 / 2019
İstirahət günü üçün hava proqnozu açıqlanıb

Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz  33-36, Bakıda gecə 22-24, gündüz  33-35 dərəcə  isti  təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 25-30 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)  26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Avqustun 24-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

S.Xankişiyeva

 

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər