Bakıda kişi evə girib qadının başına oyun açdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kişi evə girib qadının başına oyun açdı

14:57 - 26 / 08 / 2019
Bakıda kişi evə girib qadının başına oyun açdı

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər