“Saloğlu” mebel şirkətinin Sumqayıtda ilk diller mağazasının rəsmi açılışı oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Saloğlu” mebel şirkətinin Sumqayıtda ilk diller mağazasının rəsmi açılışı oldu – FOTO – VİDEO

12:00 - 26 / 08 / 2019
“Saloğlu” mebel şirkətinin Sumqayıtda ilk diller mağazasının rəsmi açılışı oldu – FOTO – VİDEO

Ölkədə mebel sektorunda öz keyfiyyəti və münasib qiyməti ilə hər zaman fərqlənən “Saloğlu” mebel şirkətinin Sumqayıt şəhərində ilk diller mağazasının rəsmi açılışı oldu.

Keyfiyyət və zövqlə istehsal edilən mebellər “Saloğlu” mağazalarında çox münasib qiymət və özəl endirimlərlə alıcılara təklif olunur. Sumqayıt şəhərində açılan ilk diller mağazasında da “Saloğlu” mebelin bütün yataq, qonaq və yumşaq dəstləri sərgilənməkdədir. Yaxın aylarda digər rayonlarımızda da “Saloğlu” nümayəndə mağazaları fəaliyyətə başlayacaq. Hazırda  nümayəndəlik istəyən və mebel sahəsi üzrə marağı olan iş adamları arasında müəyyən şərtlər üzrə seçim edilməkdədir. 

“Saloğlu” mebel fabrikinin əsas hədəfi MDB ölkələrinə ixracat və Avropa bazarına çıxmaqla yanaşı, daxili bazarda ölkənin bütün rayonları üzrə “Saloğlu” diller mağazaları şəbəkəsi yaratmaqdır.  Əsas  məqsəd eyni qiymət və yüksək keyfiyyətlə “Saloğlu” mebellərini bütün şəhər və rayonlarımızda əhaliyə daha əlçatan etməkdir.

Daha ətraflı məlumat üçün *1441 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Reklam hüququnda

Paylaş:
3654

Son xəbərlər

Bütün xəbərlər