İstanbul-Mexiko-Kankun-İstanbul marşrutu üzrə uçşlara başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İstanbul-Mexiko-Kankun-İstanbul marşrutu üzrə uçşlara başlanılıb

12:33 - 26 / 08 / 2019
İstanbul-Mexiko-Kankun-İstanbul marşrutu üzrə uçşlara başlanılıb

Avqustun 21-də Türk Hava Yolları şirkəti İstanbul-Mexiko-Kankun-İstanbul marşrutu üzrə Meksikaya ilk uçuşunu həyata keçirib.

1news.az-a Melsikanın Bakıdakı səfirliyindən verilən məlumata görə, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

Marşrutun üçbucaqlı olması Mexiko şəhərinin hündürlükdə yerləşməsi ilə əlaqəlidir. Kankunda ediləcək dayanacaq, eyni zamanda, əlavə yanacaq təchizi üçün xidmət edəcək.

“Deyirlər ki, Meksikanı yaxından tanımaq üçün Mexiko şəhərini ziyarət etmək lazımdır. Bu ifadədə şübhəsiz ki, həqiqət var. Belə ki, Mexiko ölkənin əsas mədəniyyət, əlaqə, iqtisadiyyat və maliyyə mərkəzidir. Tarixi-antropolojı nöqteyi nəzərdən isə Mexiko şəhərinin əhəmiyyəti nəhəngdir, belə ki, o, Astek mədəniyyətinin mərkəzi olub. Burada meksikalılara qürür verən vacib arxeolojı dağıntılar və qədim abidələr hələ də qorunub-saxlanılır”, səfirliyin məlumatında deyilir.

Vurğulanıb ki, Kitana Roo ştatında yerləşən və Karib dənizi sularının əhatəsində olan Kankun dünya səviyyəsində ən çox tanınan Meksika turistik qütbünə çevrilib. Şəhərin inkişafı səyahət etmək üçün geniş imkanlar təklif edir: uzunluğu 23 km olan sahilboyu zolaqda otellər, ticarət obyektləri və yaşayış binaları yerləşir. Yüksək keyfiyyət standartlarına cavab verən infrastruktur və xidmətləri olan çimərliklərdə su idman növləri, təkrarsız sualtı gəzinti, açıq dənizdə balıqçılıq və ekstrim idman növləri kimi fəaliyyət növlərinə yer ayrılır. Bundan əlavə, Kankun dünyanın ikinci ən böyük mərcan qayasına malikdir.

P.Sultanova

Paylaş:
1147

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər